Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Sporter.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan idmançımız qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib.
Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərinin yarışda qazandığı ilk və tək mükafat olub.